Müəyyən lobbilər 2022-ci ildə İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların məqsədlərinə çatmasını istəmədilər.
Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı bildirib.
“İstanbulda aparılan danışıqlar Türkiyənin fəal rolunun uğurunu sübut etdi. Ancaq bəzi lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəmədilər ”, - Türkiyənin Anadolu dövlət agentliyi Ərdoğanın sözlərini yazır.
O, Türkiyə tərəfinin münaqişənin sona çatması üçün mümkün olan hər şeyi etməyə davam etdiyini vurğulayıb.