“Ədalətli seçki olsa, məğlubiyyəti qəbul edəcəm" - Tramp


“Ədalətli seçki olarsa” məğlubiyyətimi etiraf etməyə hazır olacam. 

Bizimxeber.az bidirir ki, bunu ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp deyib.

Florida ştatında keçirilən səsvermədən sonra jurnalistlərə açıqlama verən Tramp, "Seçkiləri uduzsam, ədalətli seçki olsa, bunu ilk etiraf edəcəm... İndiyə qədər mən bunun ədalətli olduğunu düşünürəm" deyə o bildirib.

“Amerikanı yenidən möhtəşəm et” sözləri ilə bəzədilmiş qırmızı papaq geyinən Tramp elektron səsvermə maşınlarına qarşı əvvəlki tənqidini təkrar edərək, onların kağız səsvermə bülletenlərindən daha az təhlükəsiz olduğunu və nəticələrin gecikdirilməsini təklif edib.

"Onlar bütün bu pulları maşınlara xərcləyirlər... Əgər onlar kağız bülletenlərdən, seçici şəxsiyyət vəsiqəsi, vətəndaşlıq sənədi və bir günlük səsvermədən istifadə etsəydilər, hər şey axşam saat 10-a qədər bitərdi, bu, dəlilikdir", o, West Palm Beachdə jurnalistlərə deyib.

Xəbər verdiyimiz kimi, Donald Tramp və xanımı Melaniya Florida ştatının Palm-Biç şəhərində keçirilən prezident seçkilərində artıq səs veriblər . ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi JD Vens  artıq səs verib  və partiyasının qələbəsini gözlədiyini bildirib.