"Dünya Göz" məhkəməlik oldu

"Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəmə verilib. Göz xəstəxanası barədə məhkəməyə Hətəmova Meyram İbrahim qızı müraciət edib. 

Meyram Hətəmova xəstəxana tərəfindən ona dəyən zərəri ödənilməsini tələb edir.

Xanım şikayətçi xəstəxana rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi" iddiası qaldırıb. İş Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin icraatındadır. 

Qeyd edək ki, qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan"ın nizamnamə kapitalı 10000AZN-dir.