Dünya Bankından Ukraynaya daha bir maliyyə dəsttəyi verib. Bankın rəhbəri Devid Malpass bildirib ki, Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar göndərib.
Stenford Universitetində keçirilən konfransda çıxış edən Malpass, “Bizim layihələrimiz və etimad fondlarımız vasitəsilə artıq (Kiyevə) təxminən 11 milyard dollar ayrılıb” dedi.
O, həmçinin qeyd edib ki, ümumilikdə, Dünya Bankı çoxtərəfli kanallar vasitəsilə Ukraynaya təcili yardım üçün təxminən 13 milyard dollar səfərbər edib.