Dövlət Departamenti: "İran qəzadan sonra ABŞ-dan kömək istədi"

"İran İslam Respublikası prezidentinin öldüyü helikopter qəzasından sonra ABŞ-dan kömək istəyib".

Bizimxeber.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

Onun sözlərinə görə, "əsasən logistik səbəblərə görə" ABŞ İrana bu yardımı göstərə bilməyib.

"İran hökuməti bizdən kömək istədi. Biz onlara açıq şəkildə bildirdik ki, bu vəziyyətlərdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq kömək təklif edəcəyik", - Miller deyib.