Diktator Maduro qorxur - "Venesuelada yeni çevriliş hazırlanır"

"Venesuelada parlamentdə ifrat sağçı müxalifətdən olan namizədlər tərəfindən yeni dövlət çevrilişi hazırlanır".

Bizimxeber.az bildirir ki, bunu diktator prezident Nikolas Maduro deyib.

Onun sözlərinə görə, Venesuela hakimiyyəti və müxalifəti sülh naminə tarixi razılaşma əldə edə biliblər ki, bu razılaşma “oliqarxiyanın iki marionetası” istisna olmaqla, demək olar ki, bütün müxalifət liderləri tərəfindən imzalanıb.

“Çünki onlar saxtakarlığı iddia etmək niyyətindədirlər. Çünki onlar zorakılıq və çevriliş törətmək niyyətindədirlər”, - Maduro YouTube kanalında yayımladığı videoda bildirib.

Qeyd edək ki, ABŞ və Avropa Venesuela prezidenti Nikolas Maduronu dirkator kimi tanıyır.