Deputatlığa namizədlə görüşdə jurnalist zaldan çıxarıldı - VİDEO

Deputatlığa namizəd Tənzilə Rüstəmxanlının seçicilərlə görüşündə Meydan TV əməkdaşları zaldan çıxarılıb.

Avqustun 24-də keçirilən görüş Neftçala Olimpiya İdman Kompleksinin zalında baş tutub. 

Bəs VHP namizədi ilə görüşə gələnlər kimlər olub? 

Görüşə qatılanların arasında hətta Bakıdan avtobusla gələnlər də var. Neftçalada son 4 il boyunca Tənzilə Rüstəmxanlının həyat yoldaşı, VHP sədri Sabir Rüstəmxanlı millət vəkili olub.