“Demokratik islahatlar əsas yolumuzdur" - Paşinyandan ABŞ-a məktub

"İrəvan Vaşinqtonla münasibətlərin səviyyəsini müxtəlif sahələrdə strateji tərəfdaşlığa yüksəltməyə hazırdır. Demokratik islahatlar əsas yolumuzdur".

Bizimxeber.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bABŞ-ın Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Co Baydenə müraciətində qeyd edib.

“Demokratik islahatlar sahəsində... və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi konsepsiyasında öz əksini tapıb.

Qeyd edək ki, Ermənistan Vaşinqtonda NATO sammitinin tərəfdaş formatı tədbirində iştirakını təsdiqləyib.