Daşkəsəndə qazi özünü yandırdı - Video

Daşkəsənin Çıraqlı kənd sakini olan 28 yaşlı qazimiz Ədalət İsmayılov özünü benzinlə yandırıb.​

Bizimxeber.az bildirir ki, hadisə Daşkəsənin mərkəzində qeydə alınıb.

Ağır yanıq xəsarətləri alan 28 yaşlı Ədalət əvvəlcə Gəncədəki xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilməsinə qərar verilib.

Qeyd edək ki, Ədalət İsmayılov 44 günlük Vətən müharibəsi qazisidir.