Danışıqların yeni raundu iyunun 12-də başlayacaq - Paşinyan

İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundu başlayacaq.

Bizimxeber.az bildirir ki, bunu "Sputnik Ermənistana" Nikol Paşinyan deyib.

Paşinyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə iyulun 21-də Brüsseldə, oktyabrın 5-də Qranadada beştərəfli görüşə dəvəti təsdiqləyib.