Ukrayna Türkiyənin "Baykar” müdafiə şirkətindən iki ədəd "Bayraktar TB2” pilotsuz uçuş aparatı alıb.
Bizimxeber.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, "Baykar” Ukrayna Silahlı Qüvvələrinə və Ukrayna xalqına işğalçılardan qorunmaq üçün dronları pulsuz təhvil verib.
"Dövlətimizin ən çətin anlarında barışmaz mövqeyi və daimi dəstəyinə görə "Baykar”a sonsuz minnətdarıq”, - Baş Kəşfiyyat İdarəsindən bildirilib.