Daha bir qazi özünü yandırdı

Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyevin Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihar edib.

Bizimxeber.az bildirir ki, Elnur Əliyev ağır yanıq xəsarətləri ilə Bakı Şəhər 5 saylı klinik xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib: “Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.