Goranboy rayonunda məktəblilər arasında insident olub.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilir ki, hadisə bu gün Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə baş verib. Məktəbin şagirdləri arasında insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaranıb. Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları da təhsil müəssisəsindədirlər.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.