Conson atasına "Cəngavər titulu" verilməsini istəyir

Fəxri adlara layiq bildiyi şəxslərin namizədliyini irəli sürmək səlahiyyətinə malik olan Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson atasına “Cəngavər titulu”nun verilməsini istəyir.

82 yaşlı Stenli Consonun bu titulu ala bilməsi müzakirələrə səbəb olub.

Yerli mətbuata əsasən, onu bir neçə qadın ədəbsiz davranışda ittiham edib. 

Qeyd edək ki, Stenli Conson 5 il Avropa Parlamentinin deputatı olub.