Çinin əhalisi 2022-ci ildə kəskin azalıb

Çinin əhalisi 2022-ci ildə kəskin şəkildə azalıb. Zərər 850 min nəfər təşkil edib.

Bizimxeber.az bildirir ki, bu barədə Çin Dövlət Statistika Bürosu məlumat yayıb.

Ötən ilin sonuna ölkə əhalisinin sayı 1 milyard 411 milyon 750 min nəfər təşkil edib ( Honq-Konq, Makao, Tayvan sakinləri, habelə əcnəbilər nəzərə alınmadan). Yerli media sayların azalmasının son 60 ildə ilk dəfə baş verdiyini bildirir.

Hesabatda ötən il 9,56 milyon insanın doğulduğu, 10,41 milyon insanın öldüyü bildirilir.

Rəsmi məlumata görə, yaxın beş ildə əhalinin sayının azalacağını proqnozlaşdırılır. 2021-ci ildə Çinin bəzi əyalətlərində yeni doğulanların sayı son bir neçə onillikdə ən aşağı göstərici olub.