Çin Ukraynada "Sülh planı"nı açıqladı

Çin Ukraynada sülhə nail olmaq üçün planını açıqladı.

Bizimxeber.az xaici KİV-lərə istinadən bildirir ki, ölkənin Ukraynada sülh yolu ilə nizamlanma planı (https://www.fmprc.gov.cn/mfa_eng/wjdt_665385/2649_665393/202302/t20230224_11030713.html) 12 bənddən ibarətdir.

Pekin tərəfləri bütün ölkələrin suverenliyinə, BMT Nizamnaməsinə hörmət etməyə və soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırıb: “Ukrayna böhranının yeganə həlli dialoq və danışıqlardır. Böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səylər təşviq edilməli və dəstəklənməlidir. Beynəlxalq ictimaiyyət sülh danışıqlarının asanlaşdırılması üçün düzgün yanaşmaya sadiq qalmalıdır”, - deyə sənəddə deyilir.