Çin ABŞ səmasına kəşfiyyat şarı göndərdi

"Çinin kəşfiyyat balonu amerikalıları təhdid etmir". 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Pentaqonun açıqlamasında deyilir. Açıqlamada deyilir ki, hava şarı mülki uçuşlara təhlükə yaratmır.

Qeyd edək ki, Montana ştatının səmasında Çinə məxsus müşahidə şarını aşkar edilib. 

Balon hazırda insanlar üçün hərbi və ya fiziki təhlükədən xeyli yuxarı hündürlükdə hərəkət edir. Pentaqon obyektin Çinə məxsus olduğuna əmindir. Həmçinin, şar barədə prezident Co Baydenə məlumat verilib. Obyekti vurmaq qərarı yoxdur.