Çin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından qəzəblənib

Çin, ABŞ-ın ölkə şirkətlərini Rusiyaya tədarükün dayandırılması və hərbi iqtisadiyyatının sarsıdılması məqsədini güdən yeni sanksiya siyahısına daxil etməsindən sonra, ABŞ-ı “səhv hərəkətlərinə son qoymağa” çağırıb.

Bizimxeber.az bildirir ki, Bloomberg-in məlumatına görə, Çin Xalq Respublikasının Ticarət Nazirliyi bununla bağlı bəyanat yayıb.

Nazirlik, “Avropa həqiqəti” nə istinadən bildirir ki, Çin sanksiyalara qarşı çıxır və Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazım olan tədbirləri görəcək.

Qeyd edək ki, avqustun 23-də ABŞ Maliyyə Nazirliyi yeni sanksiya siyahısını açıqlayıb. Siyahıya, xüsusilə də, Honq-Konqda və materik Çinində qeydiyyatdan keçmiş, həmtəsisçiləri arasında Rusiya vətəndaşlarının da olduğu şirkətlər daxil edilib.