Çin ABŞ-ı günahlandırdı

Çin şirkətlərinin qara siyahıya salınmasından sonra ABŞ-ı qanunsuz hücumda ittiham edib. 

Çinin xarici işlər naziri Mao Ninq ABŞ-ın Çin şirkətlərinə təzyiq göstərmək üçün bəhanələr uydurduğunu bildirib.

O, Vaşinqtonu "ideoloji qərəzdən əl çəkməyə və heç bir səbəb olmadan Çin şirkətlərini sıxışdırmaq üçün müxtəlif bəhanələrdən sui-istifadə etməyi dayandırmağa" çağırıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden administrasiyasını 28 Çin təşkilatını sanksiya pozuntusuna görə qara siyahıya salıb.