Ceyhun Bayramov İsrailə getdi

Martın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb. 

Bizimxeber.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycanın İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.