Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?


Rusiya Türkiyə ilə xüsusi kanallar vasitəsilə dialoq aparır.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədə dövlət çevrilişinə mümkün hazırlıq barədə məlumatı şərh edərkən bildirib. Diplomatdan Rusiyanın 2016-cı ildə olduğu kimi, bu vəziyyətdə də Türkiyəyə kömək edib-etməyəcəyi soruşulub:

“Mənə elə həmin hadisəni xatırlatdığınız üçün deyirəm ki, o vaxt bu, ictimai şəkildə yox, müvafiq kanallar vasitəsilə konstruktiv şəkildə edildi. Ənənəvi olaraq türkiyəli həmkarlarımızla belə dialoqu davam etdiririk”.