Canadada yəhudi qızlar məktəbinə hücum

Toronto polisi, Şimali Yorkdakı Bais Çaya Mushka Qızlar İbtidai Məktəbində atışma baş verdiyini bildirib.

Bizimxeber.az bildirir ki, hadisə səhər saat 4 radələrində pəncərənin sınması ilə bağlı məlumat alındıqdan sonra ortaya çıxıb.

Məktəbdə heç kim olmayıb və xəsarət alan yoxdur.

Polis, hadisənin Yom Kippur bayramında baş verməsinin narahatlıq doğurduğunu vurğulayıb və nifrət cinayəti bölməsinin istintaq apardığını açıqlayıb.

Baş nazir Justin Trudeau və digər siyasətçilər hadisəni pisləyərək yəhudi icmasının təhlükəsizliyini təmin etməyin vacibliyini qeyd ediblər.

Bu, bu il məktəbdə baş verən ikinci atışma hadisəsidir.

Araşdırmalar davam edir.