"Ukraynanın itirilmiş əraziləri qaytarması NATO-ya üzvlük üçün məcburi şərt deyil".
Bizimxeber.az bildirir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib.
O, əgər delimitasiya və ya inzibati sərhəd müəyyənləşdirilərsə, Ukraynanın nəzarət etdiyi ərazidə NATO-ya qəbul edilə biləcəyini vurğulayıb.
Pavel bu prosesin yalnız münaqişə bitdikdən sonra baş verə biləcəyini və belə bir addımın tarixi presedent olacağını qeyd edib.
Çexiya prezidentinin bu açıqlaması NATO-nun Ukrayna ilə bağlı mövqeyinə dair müzakirələri davam etdirir.