Bundestaq Qolodomoru Soyqırımı kimi tanıdı

Almaniya Bundestaqı 1930-cu illərin əvvəllərində Qolodomorun ukraynalıların soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edib.

Bizimxeber.az bildirir ki, bu barədə Almaniya parlamentinin saytında məlumat verilib.

Qətnamə səs çoxluğu ilə qəbul edilib, “Almaniya üçün Alternativ” (AfD) və “Sol” partiyaları bitərəf qalıb. 

Bundestaq qeyd edib ki, aclıqdan kütləvi ölümlərə məhsulun çatışmazlığı yox, “İosif Stalinin başçılıq etdiyi SSRİ-nin siyasi rəhbərliyi” səbəb olub. “Qolodomor “bəşəriyyətə qarşı cinayətdir və bugünkü nöqteyi-nəzərdən” tarixi və siyasi təsnifat – soyqırım təklif oluna bilər” deyə qətnamədə bildirilir.