Bulvar idarəsinin skuter hoqqası - Həm qadağan, həm də redklam - FOTO

Dənizkənarı Bulvar ərazisində həm skuter sürmək qadağan edilib, həm də skuterlər açıq şəkildə reklam edilir.

Bir müddətdir Bulvar ərazisində skuter sürmək qadağan edilib. Həmçinin qadağa ilə bağlı elanlar vurulub, məlumatrlar paylaşılıb. Bulvar boyunca yüzlərlə bu cür elan və məlumata rast gəlmək mümkündür.

Buna baxmayaraq, skuter sürməyin qadağan edildiyini bildirən elanların yanında həm də skuter reklamları yerləşdirilib. Reklam lövhələrində açıq şəkildə şəhərdə skuterlə hərəkət etməyə, skuter sürməyə dəvət var.

Dənizkənarı Bulvar İdarəsi bulvarda skuterlə hərəkət etməyi qadağan etməsinə baxmayaraq, həm də skuter reklamlarından pul qazanmağa çalışır. Olduqca təzadlı elan və reklam gülüş yaradıb.