Bu ölkələrdə elektrik enerjisi kəsildi - Xaos yaranıb

Monteneqro, Albaniya, Xorvatiya və Bosniya və Herseqovinada elektrik enerjisi kəsilib.

Bizimxeber.az bildirir ki, Monteneqroda şimaldan başqa bütün ölkədə elektrik enerjisi yoxdur.

"Səbəb hələ məlum deyil və CGES qonşu ölkələrdən olan həmkarları ilə birlikdə problemi həll etmək və Monteneqrodakı bütün istehlakçıların enerji təchizatını təmin etmək üçün çalışır" dedi.

Mart ayında Tesla zavodu, Erkner şəhəri və Berlinin iki bölgəsi ətraf mühit fəalları tərəfindən qurulan yarımstansiyanın yandırılması nəticəsində işıqsız qalıb.

Fevralın 14-də Almaniya Müdafiə Nazirliyinin Hardthöhe şəhərindəki bazası (Bonn ərazisi) elektrik təchizatının kəsilməsi səbəbindən bir neçə saat işıqsız qalıb.