Bu ölkə İsraillə diplomatik əlaqələri kəsir

Nikaraquanın vitse-prezident Rosario Murillo bildirib ki, prezident Daniel Orteqa İsraillə diplomatik əlaqələrin kəsilməsi barədə göstəriş verib. 

Bir gün əvvəl, oktyabrın 11-də parlament hökumətdən belə bir qərarın mümkünlüyünə baxmağı xahiş edib. Rosario Murillo "Canal 4" televiziyasına deyib: "Prezidentimiz Respublika Xarici İşlər Nazirliyinə milli parlamentin tələbini yerinə yetirmək və İsrailin faşist və soyqırım hökuməti ilə diplomatik əlaqələri kəsməyə başlamağı tapşırıb".

Yaxın Şərqdə eskalasiya başlayandan Kolumbiya, Boliviya və Beliz İsraillə əlaqələri kəsib. Cənubi Afrika parlamenti də hökuməti hərəkətə keçməyə çağırıb. Bəhreyn İsraildəki səfirini geri çağırıb.

İsrail və HƏMAS arasında müharibə Fələstin hərəkatının 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumu ilə başlayıb. 1,2 min israilli öldürülüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox israilli və əcnəbi girov götürülüb. İsrail həmin vaxtdan cavab hərbi əməliyyatı həyata keçirir. 2024-cü ilin oktyabrında İsrail "Hizbullah" hərəkatına qarşı quru əməliyyatına başlayıb, hərəkatın lideri Həsən Nəsrullah və yüksək rütbəli komandirləri məhv edilib.