Kamil Zeynallının həbsindən sonra Rusiyaya səfər edən Azərbaycanın siyasi-ictimai şəxslərinin saxlanılması, həbsi aktuallaşa bilər.
Bu sözləri siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, bu təkcə Kamil Zeynallı məsələsi deyil: “Ermənistanın tələbi ilə Rusiyaya gedib-gələn və digər ölkələrə səfər edən siyasi-ictimai şəxslərin həbs olunması gündəmə gələcək.
Ona görə də Azərbaycan tərəfi Rusiyadan Ermənistanın tələbi ilə saxlanılan vətəndaşına kömək etməlidir və həbsinə imkan verməməlidir. Rusiyanın bu addımı atması, Azərbaycana qarşı yeni siyasi təzyiq alətidir”.