Bu dəfə Quranı deyil, NATO nizamnaməsini yandırdı

İsveçin cənubundakı Helsinqborqda NATO nizamnaməsinin yandırılması ilə bağlı aksiya keçirilib. Çoxlu sayda polis əməkdaşları qanunsuz hərəkətlər olmadığı üçün kənarda dayanaraq baş verənləri izləyibdilər.

Bizimxeber.az bildirir ki, bu barədə “Helsingborgs Dagblad” qəzeti məlumat yayıb.

Aksiyanın təşkilatçısı 29 yaşlı Lukas Jungkvist “müqəddəs kitabların yandırılması ilə nümayiş” üçün müraciət edib. Lakin sonradan üzr istəyib və Quran əvəzinə NATO nizamnaməsinin yandırılacağını bildirib.

Qəzet yazır ki, onun Quranı yandırmaq üçün səhnəyə çıxması ilə Türkiyə prezidenti Ərdoğan İsveçin NATO-ya daxil olmasına yaşıl işıq yandırması eyni vaxtlara təsadüf edib. Bu qərar təşkilatçını planını dəyişməyə məcbur edib. 

O, bu addımı ilə Türkiyəni İsveçin ərizəsini ratifikasiya etməkdən imtina etməyə təhrik etmək və bununla da ölkəsinin Şimali Atlantika Alyansına daxil olması prosesini dayandırmaq və ya ən azı ləngitmək üçün Quranı yandırmaq niyyətində olub. 

Bundan sonra o, öz etirazını NATO nizamnaməsini yandırmaq qərarına gəlib.