British Airways aviaşirkəti, 24 sentyabrdan dayandırılan Təl-Əviv uçuşlarının 26 oktyabr 2024-cü il tarixinə qədər davam edəcəyini elan edib.
Bizimxeber.az bildirir ki, şirkət, bu qərarını Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə izah edib.
"Biz Yaxın Şərqdəki vəziyyəti daim izləyirik və 26 oktyabr 2024-cü il, şənbə günü də daxil olmaqla, Təl-Əvivə uçuşlarımızı ləğv etmək barədə operativ qərar qəbul etmişik", - deyə British Airways-in AFP agentliyinə göndərdiyi bəyanatda bildirilir.
Aviaşirkət vurğulayıb ki, təhlükəsizlik onların əsas prioritetidir.
Daha əvvəl Polşanın LOT aviaşirkəti, İranın İsrailə raket hücumlarından sonra İran üzərindən uçuşlarını dayandırdığını açıqlamışdı. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) də aviaşirkətlərə, regiondakı gərginliyi nəzərə alaraq gələn ay İran üzərində hava məkanından qaçmağı tövsiyə edib.