Britaniya Ukraynaya NASAMS üçün zenit raketləri verəcək

Böyük Britaniya Ukraynaya qanadlı raketləri vura biləcək NASAMS hava hücumundan müdafiə sistemi üçün raketlər verəcək.

Bizimxeber.az bildirir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles NATO-ya üzv ölkələrin müdafiə nazirliklərinin rəhbərlərinin Brüsseldə keçirilən iclasında iştirakla bağlı bildirib. 

Xüsusilə, Uollesin dediyi kimi, yaxın həftələrdə Ukrayna AMRAAM kimi tanınan müasir orta mənzilli hava-hava raketləri alacaq. Bu raketlər ABŞ-ın Ukraynaya verməyi vəd etdiyi NASAMS zenit-raket komplekslərindən buraxıla bilər.