Britaniya ordusunda bığ və saqqal saxlamağa icazə verilirdi

Britaniya ordusunun quru qoşunlarının əsgərləri uzun müzakirələrdən sonra səliqəli və baxımlı olmaq şərtilə bığ və saqqal saxlamağa rəsmən icazə verilib.

Bizimxeber.az bildirir ki, bu barədə BBC xəbər verib.

Britaniya Ordusu əsgər və zabitlərə səliqəli və baxımlı olduqları halda bığ və saqqal saxlamağa icazə verən hərbi görünüş qaydalarını yeniləyib. Bununla belə, bəzi hallarda hərbi qulluqçulardan “şərait tələb etdikdə” təraş tələb oluna bilər.

Dəyişikliklər bu məsələ ilə bağlı uzun illər aparılan müzakirələrdən sonra edilib.