Britaniya Kral Hərbi Hava Qüvvələrini döyüş vəziyətinə gətirdi


Böyük Britaniyanın Müdafiə Nazirliyi İran pilotsuz təyyarələrinin hücumlarını dəf etmək üçün Kral Hərbi Hava Qüvvələrinə məxsus əlavə sayda qırıcının Yaxın Şərqə göndərildiyini açıqlayıb.

"Biz Şader əməliyyatı çərçivəsində bölgəyə Kral Hərbi Hava Qüvvələrinə aid əlavə təyyarələr və yanacaq dolduran təyyarələr yerləşdirmişik... Lazım gələrsə, bu Britaniya təyyarələri missiyalarımızın əhatə dairəsi daxilində istənilən hava hücumunun qarşısını alacaq", - departamentin açıqlamasında deyilir .

“The Times of Israel” qəzetinin yazdığına görə, ABŞ və Britaniya İrana məxsus 100-dən çox pilotsuz təyyarəni ələ keçirib.