Brilliant Dadaşova Polad Bülbüloğluna əsəbləşdi - "Qalxın, özünüz gedin..."

️Xalq artisti Brilliant Dadaşova Polad Bülbüloğlunun Kamil Zeynallı ilə bağlı açıqlamasında “Məhkəmənin qərarını gözləyirik” sözlərinə sərt təpki verib.

O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Gözləyirik nədir? Polad müəllim, söhbət erməni məsələsidirsə, özünüz qalxın gedin, Kamilə sahib çıxın. Prezidentimizin sizə göstərdiyi etimadı doğruldun, zəhmət olmasa”.