Braziliyada 3-cü dəfə prezident olan Silvaya etiraz - Ölənlər var

Braziliya prezidenti Lula da Silva iğtişaşlarla əlaqədar paytaxtda fövqəladə vəziyyət elan edib. Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" xəbər verir. 

Qeyd olunur ki, fövqəladə vəziyyət ayın sonuna qədər qüvvədə olacaq.

Lula da Silva paytaxtdakı iğtişaşlarda iştirak edən vandalları cəzalandıracağına söz verib.

Xatırladaq ki, yanvarın 8-də Braziliyanın ifrat sağçı eks-prezidenti Jair Bolsonaronun tərəfdarları Konqresə soxulublar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yanvarın 1-də Lula da Silva üçüncü dəfə Braziliyanın prezidenti oldu.

Açılış mərasimində polis binaya bıçaq və partlayıcı qurğu ilə daxil olmaq istəyən şəxsi saxlayıb.