Borrell Aİ-yə İsraillə siyasi dialoqu dayandırmağı təklif etdi


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Qəzzada mövcud vəziyyətə görə İsraillə siyasi dialoqun dayandırılmasını təklif edib. 

Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Borrell Qəzzada beynəlxalq humanitar hüququn mümkün pozulması ilə bağlı ciddi narahatlığı ifadə edib. Aİ-nin baş diplomatı qeyd edir ki, İsrail indiyədək bu narahatlıqları kifayət qədər nəzərə almayıb: "Mən Aİ-yə İsraillə siyasi dialoqu dayandırmaq üçün insan haqları müddəalarını tətbiq etmək təklifini təqdim edəcəyəm".

Agentlik tərəfindən istinad edilən diplomatların dediyinə görə, dayandırılması üçün bütün 27 Aİ ölkəsinin təsdiqi tələb olunacaq.