Boğaziçi boğazı bağlandı - 200 gəmi gözləyir

İstanbulda duman səbəbindən Boğaziçi boğazından gəmi tranziti hər iki istiqamətdə dayandırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsinə istinadən xəbər verir. Qeyd olunur ki, fevralın 28-də yerli vaxtla saat 09.30-da boğazda naviqasiya dayandırılıb.

Boğazdan keçmək üçün 197 gəmi var, daha üç gəmi tranzit qadağan edilən zaman artıq Boğazda idi. Növbə gözləyənlər arasında Rusiya bayrağı altında üzən gəmilər də var.

İstanbulun bir sıra bölgələrində qatı duman müşahidə olunur və sinoptiklər havanın çirklənməsi səviyyəsinin artdığını bildirir.