“Boeing” də Rusiya ilə əlaqəni tamam kəsdi

"Boeing Co." Rusiya aviaşirkətlərinin ehtiyat hissələrinin tədarükünü və texniki xidmətini, eləcə də Moskvadakı fəaliyyətini dayandırdı.

Bizimxeber.az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Wall Street Journal məlumat  yayıb.

Qeyd olunur ki, bu, Qərb istehsalı olan 700-dən çox təyyarəni idarə edən Rusiya aviaşirkətləri üçün ciddi problemlər yaradır. 

Avropa İttifaqının sanksiyaları həmçinin Airbus SE və digər təyyarələr üçün ehtiyat hissələrinin Rusiyaya ixracını, habelə Rusiya aviadaşıyıcıları üçün Aİ hava məkanından istifadəni qadağan edir. 

Daha əvvəl Ford Rusiyadakı fəaliyyətini dayandıracağını açıqlamış, General Motors Rusiyaya ixracdan imtina etmişdi.