BNA-nın auditini yenə eyni şirkət keçirəcək - 44 min ödənəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirmək məqsədilə “Nexia EA” MMC-ni cəlb edib. Bizimxeber.az xəbər verir ki, “Nexia EA” ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 44,014 min manatdır.

Qeyd edək ki, 2020-ci ildə də BNA-nın maliyyə-təsərrüfat fəaliyyətinin auditini məhz “Nexia EA” MMC həyata keçirib. Şirkət haqqında ümumi məlumat axtararkən nələrin şahidi oluruq.

"Nexia EA" MMC, Nexia International beynəlxalq audit şirkətinin Azərbaycandakı rəsmi təmsilçisi imiş. 

Nexia International dünyanın ən böyük 10 audit və konsaltinq şirkətlərindən biridir və baş ofisi Böyük Britaniyanın London şəhərində yerləşir. Hətta dünyanın 105-dən artıq ölkəsində fəaliyyət göstərir və 20,600 nəfərdən çox partnyor və işçi heyəti var.