BMT-nin baş katibi İranın İsrailə hücumunu pislədi

BMT-nin baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyib və hərbi əməliyyatları dayandırmağa çağırıb.

“İran İslam Respublikası tərəfindən İsrailin məruz qaldığı genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı qətiyyətlə pisləyirəm. Mən bu hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram”, - TASS onun sözlərindən sitat gətirir.

Qeyd edək ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan İranın hücumu fonunda Quterreşə müraciət etmişdi .

Eyni zamanda, İran Xarici İşlər Nazirliyi  dünya təşkilatının Nizamnaməsindəki maddəyə istinad edərək bəyan edib ki, İsrailə qarşı zərbələr özünümüdafiə məqsədi ilə həyata keçirilib.