BMT İsrailin Beyruta hücumundan narahatdır

BMT İsraillə Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan narahatdır.

Bizimxeber.az bildirir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Biz bütün tərəfləri gərginliyin dərhal azaldılmasına çağırırıq, hamı maksimum təmkin nümayiş etdirməlidir", - deyə, bildirilir.