ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı telefon danışığı aparıb.
Bizimxeber.az bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Onun sözlərinə görə, Blinken Əliyevə regionda növbəti hərbi əməliyyatların qarşısının alınmasının vacibliyini bildirib.
“Dövlət katibi bu gün prezident Əliyevlə yenidən danışıb və növbəti hərbi əməliyyatların dayandırılmasının, mülki şəxslərin müdafiəsinin və sərbəst hərəkətinin, Dağlıq Qarabağa humanitar yardımların maneəsiz çıxışının təmin edilməsinin zəruriliyini vurğulayıb”, - Miller bildirib.
Dövlət Departamentinin nümayəndəsi deyib ki, Əliyev də öz növbəsində əmin edib ki, hazırda hərbi əməliyyatlar dayandırılıb.