Bizimxeber.az-a təzyiqlər davam edir - Ədil Hüseynov təhdid olunur

Əsasən araşdırma yazıları və dünyada baş verən siyasi hadisələri işıqlandıran Bizimxeber.az portalının baş redaktoruna qarşı təzyiqlər davam edir.

Bizimxeber.az-ın baş redaktoru Ədil Hüseynov bildirib ki, şəxsiyyətini müəyyənləşdirə bilmədikləri şəxs və ya şəxslər saxta profillərdən onlara qarşı təhdid dolu ifadılər işlətməkdə davam edirlər: "Azərbaycanda müstə\qil jurnalistlərə qarşı baş verənlər göz qarşısındadır. Qüvvələr onların əməlləri ilə bağlı aparılan araşdırmaları həzm etmək istəmirlər. Əsas hədəf də müstəqil jurnalistlər və onların ailə üzvləridir. İllərdir təhdidlər alırıq, üzərimizə ciddi şəkildə hücumlar edilir, saytımız dağılır, internetimiz kəsilir, işığımız söndürülür və məhkəmələrə verilirik. Bu dəfə isə tam fərqlidir. "Facebook" sosial şəbəkədəki saxta profillərdən üzərimizə ciddi hücumlar edilir,  hətta ölümlə, uşaqlara ciddi problem yaradılacağı təhdidi edilir. Söz ailə olduqda artıq məcburən düşünməli olursan və araşdırmanı dərinləşdirib bu şəxslərin kimliyini öyrənməyə çalışırsan. Amma yenə mümkün olmur". 

"Bizimxeber.az  əsasən ciddi araşdırma yazılarını dərc edən və dünyada baş verən siyasi prossesləri işıqlandıran çox az saylı portallardadır" deyən baş redaktor Ədil Hüseynov deyib ki, telefonla edilən təhdidlər siyasi xarakterli yazılara görədir:

"Dünyada baş verən, əsasn Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin qarşıdurmsı ilə bağlı dərc etdiyiumiz xəbərlər görünür kimlərisə narahat edir. Yəqin ki, bu qüvvələr Rusiyanı dəstəkləyən, onların Ukraynaya hücumuna haqq qazandırmaq istəyən qüvvələrdir. Biz sözlə təhdid olunuruq və bu aylardır, bəlkə də illərdir davam edir".

Onları təhdid edən şəxslərin kimliyinə gəldikdə isə baş redaktor deyib ki, sosial şəbəkələrdəki profillər saxta və fakedir. Təhdid edib silirlər. Edilən zənglər isə xarici nömrələrdir ki, bunların da kimliyini öyrənmək mümkün deyil. Bu hansısa xarici ölkə vətəndaşları deyil və danışıqlarından vəyazılarından hiss olunur ki, onlar azərbaycanlıdırlar".

Qeyd edək ki, Bizimxeber.az Azərbaycandan uzun illərdir müstəqil fəaliyyət göstərən azsaylı portallardır. Sayt rəhbərliyi dəfələrlə məhkəməyə verilib və səbəbsiz olaraq cərimələnib.