"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsində onun müttəfiqi deyilik" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı başlatdığı müharibədə Rusiya Federasiyasının müttəfiqi olmadığını bildirib.

Bizimxeber.az bildirir ki, o, bu barədə “The Telegraph” qəzetinə müsahibəsində bildirib. 

"Qulaq asın, Ukraynada müharibə yeni başlayanda mən CNN-ə müsahibə verdim və dedim ki, bu vəziyyətdə biz Rusiyanın müttəfiqi deyilik. Bu, reallıqdır", - Paşinyan qeyd edib.

O, təkid edir ki, bu, Ukraynadakı müharibənin nəticələrinə baxmayaraq, Rusiya ilə Qərb arasında seçim demək deyil.

“ABŞ, Fransa və ya təhlükəsizlik sektorunda digər tərəfdaşlarımızla əməkdaşlığımız təhlükəsizlik sektorundakı digər tərəfdaşımıza qarşı yönəlməyib”, - Ermənistanın baş naziri əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın tərəfdaşları onlarla münasibətlərdən və ya onlarla münasibətlərin onların təhlükəsizlik gündəliyinə necə təsir edə biləcəyindən narahat ola bilərlər. Və biz tərəfdaşlarımızla mümkün qədər şəffaf şəkildə onların birgə planlarını müzakirə edərək bu problemi həll etməyə çalışırıq", - Paşinyan əlavə edib.