"Bir sıra ölkələrdə “WhatsApp”-da problemlər yaşanır" - Downdetector açıqladı

“WhatsApp” messencerində bir sıra ölkələrdə problemlər yaşanır. 

Bizimxeber.az bildirir ki, bu barədə Downdetector xidmətinin saytında məlumat verilib.

Məlumata görə, istifadəçilərin 69%-i proqramın işləməsində problem olduğunu, 25%-i mesajların qəbulunda çətinliklərlə üzləşdiyini, 7%-i saytın fəaliyyətindən şikayətlənir. 

Ən çox şikayətlər Böyük Britaniya və ABŞ-dan gəlir.