"Bir neçə gün ərzində Azərbaycanla sülh müqaviləsi imzalana bilər" - Simonyan

"Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər". 

Bizimxeber.az bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

"Bu sülh müqaviləsi 10 və ya 5 gün ərzində imzalana bilər. Biz öz təkliflərimizi göndərmişik, bu, artıq 6-cı mübadilədir. Əgər Azərbaycan yeni təkliflər irəli sürməsə bunu bir müddət ərzində etmək ola, hətta bir neçə gündür” deyə Simonyan bildirib.

"Bəli, biz sülhə doğru irəliləyirik, başqa cür ola bilməz. Münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarixdə çoxlu belə hallar olub. İngiltərə və Fransa 116 il vuruşub, hər birini öldürüblər. Bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”.

Onun sözlərinə görə, bu gün və ya sabah belə bir nəticəmiz olmayacaq. Amma Ermənistan və Azərbaycan eyni regiondadır və bütün problemləri həll etməlidir.

Qeyd edək ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı İrəvanla müharibə istəmir və bununla bağlı təminatlar olmalıdır.