Belqoroda hava hücumu edilib

Ötən gün axşam saatlarında Belqorod üzərində doqquz güclü partlayış baş verib. 

Bizimxeber.az bildirir ki, bu barədə RİA Novosti öz müxbirinə istinadən xəbər verir. Partlayışlar Moskva vaxtı ilə saat 22.10-dan eşidilib və 20 dəqiqə fasilələrlə davam edib.  Evlərin pəncərələri titrəyib, avtomobil siqnalları işə düşüb. Hələlik heç bir rəsmi şərh yoxdur.