Belqoroda girən ukraynalı diversantlar öldürüldü

Belqorod vilayətinin Qraivoronski şəhər rayonunda döyüşlər zamanı Ukrayna diversiya-kəşfiyyat qrupunun (DRQ) onlarla döyüşçüsü öldürülüb.

Bizimxeber.az "Shot" kanalının ilkin məlumatlarına görə, ümumilikdə 39 nəfər həlak olub, daha bir neçə nəfər isə əsir götürülüb.

Rusiya tərəfdən itkilər barədə məlumat verilmir. 

Məlumatda qeyd olunur ki, təxribatçıların hücumu zamanı bir neçə yerli sakin yaralanıb.

Şəhər meri Vyaçeslav Qladkov bildirib ki, Qrayvoronda vəziyyət gərgin olaraq qalır. Hazırda yaralanan səkkiz rusiyalı məlumdur. Rayon rəhbəri onu da bildirib ki, Qrayvoronda üç fərdi yaşayış binası düşmən mərmilərindən zərər görüb, nəticədə onlar yanıb.