Belçikada fermerlər etiraz aksiyası çərçivəsində yük daşımalarına görə Avropanın ikinci ən böyük limanı olan Antverpen limanına gedən yolları bağlayıblar.
Bu barədə liman rəhbərliyi məlumat yayıb. "Fermerlərin hərəkətləri Antverpen limanı ərazisində ciddi nəqliyyatın hərəkətinə səbəb olur".
Fermerlər blokada üçün 500-ə yaxın traktordan istifadə ediblər.