Belçika Qolodomoru Soyqırımı kimi tanıdı

Belçika parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıdı.

Bizimxeber.az bildirir ki, bu barədə prezident Vladimir Zelenski bildirib.

“Belçika Nümayəndələr Palatasında tarixi səsvermə: başqa bir dövlət 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıdı”, - deyə dövlət başçısı “Twitter” səhifəsində hər bir ukraynalı üçün vacib qərara görə Belçikaya təşəkkür edib.

Qeyd edək ki, bir neçə Avropa parlamenti Qolodomoru soyqırım kimi tanıyıb. Ən son bunu edənlərdən biri Bolqarıstan Parlamenti olub.

Həmçinin ötən ilin dekabrında Avropa Parlamenti də Qolodomoru soyqırım kimi tanıyıb.